"Neftçi"nin futbolçusu Avstriya klubunda

18:43 - 8 Fevral 2018

Avstriyanın III Liqasında çıxış edən Vyana "Qarabağ"ı heyətinə növbəti azərbaycanlı futbolçunu cəlb edib.

 

Sportal.az xəbər verir ki, söhbət "Neftçi"nin U-19 komandasının yarımmüdafiəçisi Emil Fərzəliyevdən gedir. Bu barədə vyanalıların rəsmi saytı məlumat yayıb. Bildirilir ki, tərəflər arasında rəsmi müqavilə imzalanıb.

 

Emil sözügedən klubda 3-cü azərbaycanlı futbolçu olacaq. Ondan başqa bu komandada Elvin Bədəlov və Dmitri Nağıyev də çıxış edir.

Xəbər xətti