Araz Abdullayev "Olimpiakos"la oyuna hazırdır

18:10 - 10 Fevral 2018

Kiprin “Anortosis” klubunda çıxış edən millimizin üzvü Araz Abdullayevin zədəsi sağalıb.

 

Sportal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı yayıb. 25 yaşlı yarımmüdafiəçi Kipr çempionatının 24-cü turu çərçivəsində “Olimpiakos”la səfər oyununda meydana çıxa bilər. Abdullayev komanda ilə birlikdə Nikosiyaya yollanıb.

 

Qeyd edək ki, “Olimpiakos” – “Anortosis” matçı sabah Bakı vaxtıyla 19:00-da keçiriləcək.

 

"Anortosis" Kipr Liqasında 23 turdan sonra 47 xalla 4-cüdür və lider APOEL-dən 7 xal geri qalır.

Xəbər xətti