"Səbail" Raulu icarəyə verdi

14:25 - 12 Fevral 2018

I Divizion təmsilçisi "Sabah" növbəti transferini reallaşdırıb.

 

Sportal.az saytı xəbər verir ki, müqavilə ilə "Səbail" klubuna məxsus olan Raul Yaqubzadə mövsümün sonuna kimi icarə əsasında "Sabah"da çıxış edəcək.

 

"Bakı" klubunun yetirməsi sayılan 24 yaşlı hücumçu daha öncə "Mil-Muğan" və "Qaradağ Lökbatan" klublarında da forma geyinib.

Xəbər xətti