Çempionlar Liqasında 1/8 final mərhələsinə start verildi

01:44 - 14 Fevral 2018

Bu gün Çempionlar Liqasında  1/8 final mərhələsinə start verilib.

 

Sportal.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib.

 

ÇL-in son finalçısı “Yuventus” “Tottenhem”i qəbul edib. Qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Günün digər qarşılaşmasında isə “Bazel” doğma meydanında “Mançester Siti” ilə üz-üzə gəlib və 0:4 hesablı məğlubiyyət acısı yaşayıb.

 

Hər iki cütlüyün cavab görüşü martın 7-də keçiriləcək.

 

13 fevral

Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

 

“Yuventus” (İtaliya) – “Tottenhem” (İngiltərə) - 2:2

Qollar: İquain, 2, 9 (pen.) - Keyn, 35, Eriksen, 72

 

“Bazel” (İsveçrə) – “Mançester Siti” (İngiltərə) - 0:4

Qollar: İlkay Gündoğan, 14, 53, Silva, 18, Aquero, 23

Xəbər xətti