"Qarabağ" "Səbail"lə oyuna ciddi itkiylə çıxacaq

15:52 - 16 Fevral 2018

"Qarabağ" Topaz Premyer Liqasının 16-cı turunda "Səbail" ilə qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, Ağdam klubu bu görüşə ciddi itki ilə çıxacaq. Belə ki, müdafiəçi Yakub Jezniçak cəza səbəbindən komandasına kömək edə bilməyəcək. 15-ci turda "Qəbələ" ilə oyunda sarı vərəqə alan təcrübəli müdafiəçi cəzalı duruma düşüb.

 

Qeyd edək ki, "Sumqayıt" - "Neftçi" görüşü fevralın 18-i saat 17:30-da "Bayıl Arena"da baş tutacaq.

Xəbər xətti