Millimizin Belarusla oyununun hakimləri müəyyənləşdi

16:47 - 16 Fevral 2018

Azərbaycan və Belarus milliləri arasında keçiriləcək yoldaşlıq oyununu idarə edəcək hakimlər müəyyənləşib.

 

Sportal.az AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, qarşılaşmanın baş hakimi Andris Treimanis olacaq. Ona Haralds Gudermanis və Aleksejs Spasjonnikovs kömək edəcəklər. Hər üç FIFA referisi latviyalıdır.

 

Qeyd edək ki, martın 23-də Bakı Olimpiya Stadionunda keçiriləcək matç saat 20:00-da başlayacaq.

Xəbər xətti