Riçard Almeyda: "Bizə qarşı bütün komandalar fərqli oynayırlar" MÜSAHİBƏ

00:24 - 19 Fevral 2018

"Bilirdik ki, çətin olacaq. Üstəlik, bu meydanda".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Riçard Almeyda deyib. Ağdam klubu Topaz Premyer Liqasının XVI turunda səərdə "Səbail"i minimal hesabla məğlub edib. Oyundan sonra jurnalistlərə aşıqlama verən yarımmüdafiəçi fikirlərini bildirib:

 

"Əsas olan o idi ki, 3 xalı qazandıq. Çempionatda asan oyun yoxdur. Növbəti rəqibimiz “Kəpəz”dir. Öz üzərimizdə çalışmalıyıq. Həmin oyunda da müsbət nəticə qazanacağımıza ümid edirəm".

 

- Çətin qələbə qazandız. Bunun səbəbini nə ilə əlaqələndirirsən: Meydan amili, hava şəraiti yoxsa “Səbail”ə qarşı oyununuz alınmır?

- Bizə qarşı bütün komandalar fərqli oynayırlar. Birə-bir mübarizə aparırlar. “Qəbələ” ilə oyunda yaxşı çıxış etmişdik. Lakin qalib gələ bilməmişdik. Ən əsas olan 3 xal qazanmaqdır.

 

- “Qarabağ”ın futbolçuları bunu qəbul etməsə də, Dino Ndlovunun boşluğu hiss edilir. Hücumlarda son nöqtəni qoyulmur. Dinonun boşluğu hiss olunur?

- Dino həqiqətən də yaxşı oyunçu idi. Ancaq etiraf edək ki, Ndlovu da qol şanslarını qaçırırdı. Mahir gəncdi, ona dəstək olmalıyıq. Bu gün daha çox qol vura bilərdi. Böyük futbolçular – Ronaldo belə qol şansını qaçırır.

 

- “Qəbələ” ilə oyunda çox çətinlik çəkdiniz, yoxsa bu görüşdə?

- Heç bir əziyyət çəkmədik. Hər dəfə istədiyimiz ortaya qoymaq istəyirik. Əsas odur ki, istədiyimizi alırıq.

 

- İlk hissədə oyununuz istənilən kimi alınmadı. Bu rəqibin yeni sistemiylə əlaqəli idi?

- Birə-bir oynamağa çalışırdılar. İlk hissədə az şans yaxaladıq. Lakin fasilədən sonra epizodlarımız oldu.

 

- Ramil Şeydayev “Qarabağ”a böyük ümidlərlə gətirilsə də, ehtiyat oyunçular skamiyasının daimi sakininə çevrildi. Amma Azərbaycan millisində Almaniya kimi yığmaya qol vuran hücumçudur. Düşünmürsən ki, Şeydayev “Qarabağ”da heç olmasa, 15 dəqiqə şans qazanmağa layiq forvard deyil?

- Şeydayev gələndən bəri məşqlərdə çox çalışır. Məşq etməyi sevən oyunçudur. Ancaq qərarları baş məşqçi verir. Bu barədə nəsə söyləyə bilmərəm.

Xəbər xətti