Ağabala Ramazanovun dublu "Qarabağ"a qələbə qazandırdı

17:57 - 19 Fevral 2018

Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 16-cı tura yekun vurulub.

 

Sportal.az xəbər verir ki, “Kəpəz” - “Keşlə” matçında qol olmayıb. “Qarabağ” isə “Səbail”lə 5 qolun vurulduğu görüşdən qalib ayrılıb.

 

Əvəzedicilərin çempionatı, 16-cı tur

 

19 fevral

Kəpəz - Keşlə 0:0

 

Səbail - Qarabağ 2:3
QOLLAR:
Aqşin Qurbanlı, 6-pen. Asif Mirili, 37 - Ağabala Ramazanov, 11; 41. Famil Camalov, 48.

Xəbər xətti