Avropa Liqasında ilk 1/8 finalçı bəlli olur

11:11 - 21 Fevral 2018

Bu gün UEFA Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunlarına start veriləcək.

 

Sportal.az xəbər verir ki, ilk oyun günündə 1 qarşılaşma baş tutacaq. Rusiyanın ÇSKA klubu öz meydanında Serbiya “Partizan”ını qəbul edəcək. Komandalar arasındakı ilk matçda qalib müəyyənləşməyib - 0:0.

 

Qeyd edək ki, Avropa Liqasında 1/8 final mərhələsinin digər 15 iştirakçısı sabah müəyyənləşəcək.


UEFA Avropa Liqası

1/16 final, oyunu

21 fevral

 

21:00. MOİK (Rusiya) - “Srvena Zvezda” (Serbiya)
İlk oyun - 0:0

Xəbər xətti