"Qəbələ" "Neftçi"yə qalib gəldi

AFFA-nın təşkilatçılığı ilə aşağı yaş qrupları üzrə liqalarda növbəti matçlar keçirilib.

 

Sportal.az xəbər verir ki, “Qəbələ”nin U-19 komandası lideri olduğu Gənclər Liqasında növbəti qələbəsini qazanıb. “Qırmızı-qaralar” bu gün baş tutan ev oyununda “Neftçi”dən 3 xal alıb – 1:0. 15 matçda 41 xal toplayan “Qəbələ” çempionatın turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.

 

Öz meydanında “Kəpəz”lə qarşılaşan U-17 böyükhesablı qələbəyə sevinib – 4:0. 21 görüşdə 54 xal yığan komandamız yarışın lideridir. U-16 səfərdə “Neftçi”nin qonağı olub. 1:0 hesablı qələbə qazanan “Qəbələ” 17 matçdan sonra 43 xalla çempionatın turnir cədvəlinə başçılıq edir. “Sumqayıt”la səfərdə görüşən U-15 də turu qələbə ilə başa vurub. 2:1 hesabı ilə qalib gələn komandamız 17 görüşdə 46 xal toplayıb. “Qırmızı-qaralar” çempionatın vahid lideridir.

Tarix: 22 Fevral [15:32]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
14 Dekabr 2018
13  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio