Azərbaycanda oynamış futbolçuya ömürlük cəza verildi

15:50 - 22 Fevral 2018

Belarusda danışılmış oyunlarda iştirak edən şəxslər cəzalandırılıb.

 

Sportal.az xəbər verir ki, Belarus Futbol Federasiyasının Etika Komissiyasının diskvalifikasiya etdiyi futbol adamlarının sırasında vaxtilə Azərbaycan çempionatında çıxış etmiş Vladimir Makovski də yer alıb. O, futboldan ömürlük uzaqlaşdırılıb.  

 

Buna onun Belarusun "İsloç" komandasında məşqçi vəzifəsində çalışdığı vaxt danışılmış oyunlarda iştirakı səbəb olub.

 

Qeyd edək ki, Mixail və Vladimir Makovski qardaşları 2004-2006-cı illər mövsümlərində "İnter"də çıxış ediblər.

Xəbər xətti