Millimizin üzvünün oynamadığı matçda kuryoz qol VİDEO

13:26 - 25 Fevral 2018

Almaniya 2-ci Bundesliqasında 24-cü turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın şərəfini qoruduğu “Duysburq” doğma meydanda “İnqolştadt”la qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 2:1. Qonaqların vurduğu kuryoz qol isə sosial şəbəkələrdə və saytlarda geniş şəkildə paylaşılıb. 

 

Eratın adı qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.

 

“Duysburq” geridə qalan turlarda topladığı 37 xalla 18 klub arasında 4-cü pillədə qərarlaşıb.

 

Xəbər xətti