Seymur Rəhimov: "Bu, taktiki gediş idi"

Topaz Premyer Liqasında XVII turun “Keşlə” – “Sumqayıt” (1:2) oyunundan sonra keçirilən mətbuat konfransında qonaq komandanın məşqçisi Seymur Rəhimov jurnalistlərin suallarını cavablandırdı.

 

Sportal.az xəbər verir ki, mütəxəssis əvvəlcə matç barədə fikirlərini bildirdi:

 

- Fikirlərim müsbətdi. Nəticə bizi qane etdi. Uşaqlar dediklərimizi yerinə yetirdi. İlk hissədə özünəinam itmişdi. Amma paltardəyişmə otağındakı sözlərimizdən sonra dediklərimizi tam yerinə yetirdilər.

 

- Heyətdə dəyişikliklər çox idi. Amil Yunanov da oynamırdı. Bunların səbəbi nə idi?
- Heç bir səbəb yoxdu. Rəşad Eyubovda bir qədər ağrı var idi. Ona görə meydana çıxmamışdı. Təkcə Azərin zədəsi var. Bu, taktiki gediş idi. Əvəzetmələr də nəticəyə müsbət təsir etdi.

 

- Belə başa düşdük ki, yarımfinal öncəsi kartlarınızı açmaq istəmirdiz...
- Onu baş məşqçi daha yaxşı izah edər. Bu gün nə demişdiksə, uşaqlar hər şeyi yerinə yetirdi. Ülvi İskəndərov da yaxşı oynadı. Bu, kart da ola bilər, başqa şey də. Nəticə və oyundan razıyıq.

Tarix: 25 Fevral [17:07]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
10 Dekabr 2018
9  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio