PSJ-də Neymar şoku

10:32 - 26 Fevral 2018

Fransa I Liqasının lideri PSJ ciddi itkiylə üzləşib.

 

Sportal.az xəbər verir ki, komandanın aparıcı üzvü Neymar sıradan çıxıb. Braziliyalı superulduz çempionatın 27-ci turunda "Marsel"lə matçda zədələnib. Qarşılaşmanın 76-cı dəqiqəsində ayağı burxulan futbolçu göz yaşları içində meydanı tərk edib. Neymarın zədəsiylə bağlı rəsmi açıqlama verilməyib.

 

Qeyd edək ki, PSJ "Marsel"i 3:0 hesabıyla məğlub edib və 71 xalla zirvədəkəi mövqeyini möhkəmləndirib. Paris klubu ÇL-də ilk matçda 1:3 hesabıyla uduzduğu "Real"ı martın 6-da qəbul edəcək.

Xəbər xətti