Türkiyədə baş məşqçi istefası

14:07 - 26 Fevral 2018

Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası reallaşıb.

 

Sportal.az xəbər verir ki, "Alanyaspor" Hikmət karamanla yollarını ayırıb. Buna komandanın uğursuz çıxışı səbəb olub.

 

"Alanyaspor" yanvar ayında baş məşqçi postuna təyin olunan Karamanın rəhbərliyi altında 6 matçda 5 dəfə məğlub olub. Hazırda aktivində 21 xal olan Antalya təmsilçisi Super Liqada 15-ci pillədə qərarlaşıb.

 

Artıq "Alanyaspor"un yeni baş məşqçisi də müəyyənləşib. Belə ki, komandanı mövsümün sonunadək Məsut Bakkal çalışdıracaq.

Xəbər xətti