"Neftçi" Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etdi FOTO

18:08 - 26 Fevral 2018

Xocalı soyqırımı Azərbaycan tarixinin ən faciəli səhifələrdən biridi.

 

Sportal.az xəbər verir ki, XX əsrin faciəsi olan Xocalı soyqırımı zamanı minlərlə insan erməni vəhşiliyinin qurbanına çevrilib. Bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridi.
 
Bu gün Xocalı soyqırımından 26 il ötür. Bununla əlaqədar Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi yad olunub, "Neftçi”ninkollektivi şəhidlərimizin ruhuna ehtiram əlaməti olaraq ucaldılmış "Ana harayı” abidəsini ziyarət ediblər.
 
Allah rəhmət eləsin!

Xəbər xətti