Qrizmann "Atletiko"nun tarixinə düşdü

Antuan Qrizmann adını "Atletiko"nun tarixinə yazdırıb.

 

Sportal.az xəbər verir ki, fransız forvard buna İspaniya La Liqasının 26-cı turunun “Leqanes”lə ev oyununda (4:0) pokerə imza atmaqla nail olub.

 

27 yaşlı hücumçu Madrid klubunun heyətində 100 qol həddini keçən 3-cü futbolçu olub. Belə ki, Antuan “Leqanes”lə oyunda 4 dəfə fərqlənməklə Madrid təmsilçisinin heyətində vurduğu qolların sayını 103-ə çatdırıb.

 

Fransa millisinin üzvündən öncə Fernando Torres (124 qol) və Serxio Aquero (101 qol) bu uğura imza atmışdı.

 

Qrizmann həmçinin, La Liqada ardıcıl iki oyunda het-trik edən ilk futbolçu, İspaniya çempionatının yüksək liqasında bir oyunda 4 qol vuran ilk fransız kimi də tarixə düşüb.

Görüntünün olası içeriği: 4 kişi, gülümseyen insanlar, ayakta duran insanlar ve yazı

Tarix: 1 Mart [18:40]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
11 Dekabr 2018
10  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio