"Zirə"nin fəxri prezidenti yeni vəzifəyə təyin olundu

“Zirə” klubunun fəxri prezidenti Orxan Məmmədov “Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi”nə icraçı direktor təyin olunub.

 

Sportal.az xəbər verir ki, İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 dekabr tarixli fərmanı ilə yaradılıb.

 

Yeni vəzifəyə təyin olunan Orxan Məmmədov 1984-cü ildə iyulun 1-də Bakı şəhərində anadan olub. 2005-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsini bitirib. 2009-cu ildə Odlar Yurdu Universitetinin Biznes administrasiyası üzrə magistr dərəcəsini alıb. 2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə və Kredit üzrə ikinci təhsilini bitirib.

 

Məmmədov əmək fəaliyyətinə 2006-ci ildən Sənaye və Energetika nazirliyində başlamış, 2007-ci ildən İqtisadiyyat nazirliyin Sahibkarlığın inkişafı siyasəti və Dövlətlərarası iqtisadi əməkdaşlıq şöbələrində baş məsləhətçi, müdir müavini və müdir vəzifələrində çalışıb.

Tarix: 1 Mart [16:16]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 İyun 2018
22  İyun 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio