Araz Abdullayev qol vurdu, komandası AEK-lə bərabərə qaldı VİDEO

00:16 - 4 Mart 2018

Kipr çempionatında 27-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, millimizin hücumçusu Araz Abdullayevin çıxış etdiyi "Anortosis" səfərdə AEK-in qonağı olub. Oyunda qalib müəyyənləşməyib - 2:2.

 

Matça start heyətində başlayan millimizin üzvü 33-cü dəqiqədə hesabı açıb. O, 74-cü dəqiqədə Kamara ilə əvəzlənib.

 

Qeyd edək ki, 27 turdan sonra 57 xal toplayan "Anortosis" hazırda turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

 

Xəbər xətti