PSJ “Real”a, “Liverpul” “Portu”ya qarşı

10:55 - 6 Mart 2018

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start veriləcək.

 

Sportal.az xəbər verir ki, PSJ öz meydanında turnirin son qalibi “Real”la qarşılaşacaq. “Santyaqo Bernabeu”da keçirilən ilk görüşdə 1:3 hesabı ilə uduzan Paris təmsilçisi çətin durumdadır.

 

 “Liverpul” isə “Portu”nu qəbul edəcək. İlk oyunda 5-0 qalib gələn ingilislər demək olar ki, növbəti mərhələyə vəsiqəni təmin edib.

 

1/8 finalın cavab oyunları

 

23:45. PSJ (Fransa) – “Real” (İspaniya)

İlk oyun – 1:3

 

23:45. “Liverpul” (İngiltərə) – “Porto” (Portuqaliya)

İlk oyun – 5:0

Xəbər xətti