Poçettino: "1/4 finala yüksəlməyə "Yuventus"dan daha çox layiq idik"

12:12 - 8 Mart 2018

"3 dəqiqədə 2 səhv etdik və indi də Çempionlar Liqasında yoxuq".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Tottenhem"in baş məşqçisi Maurisio Poçettino Çempionlar Liqasının 1/8 finalında "Yuventus"a 1:2 hesabı ilə uduzduqları cavab oyunundan sonra deyib. Argentinalı mütəxəssis komandasının möhtəşəm oyun nümayiş etdirdiyini bildirib:

 

"Çox məyusuq, çünki biz növbəti mərhələyə yüksəlməyə "Yuventus"dan daha çox layiq idik. Matç ərzində üstün tərəf biz idik. Çoxlu qol epizodu yaratdıq. "Yuventus" qapımıza iki və ya üç dəfə yaxınlaşdı. Onlar etdiyimiz səhvə görə bizi cəzalandırdı. Komandamla qürur duyuram. Amma yekunda uduzduq. Meydanda fantastik "Tottenhem" var idi".

Xəbər xətti