Tərlan Əhmədov: "Bəlkə də yeganə oyun olardı ki, xal itirsəydik, məyus olardım"

Azərbaycan Premyer Liqasının 19-cu turunda evdə “Keşlə”ni məğlub edən (3:2) “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az xəbər verir ki, Əhmədov əvvəlcə oyunla bağlı fikirlərini bildirib:

 

- Bəlkə də yeganə oyun olardı ki, xal itirsək, məyus olardım. Azarkeşlərimizi təbrik edirəm. Pillə-pillə irəliləyirik. Yolumuz çox çətindi. Çalışırıq ki, hər oyuna motivasiyalı çıxaq. Futbolçularıma təşəkkür edirəm. Bu gün məğlub da ola bilərdik. Bu gün gözəl oyunla qalib gəldik.

 

- Oyunun gedişində Rəhmanı əvəzləmək istəsəz də, sonda Emini əvəz etdiz.
- Bəli, onu əvəzləmək istəyirdim, lakin Emin yaxınlaşıb yorğun olduğunu bildirdi və onu əvəzlədik.

 

- Komanda iki dəfə önə keçsə də, sonda hesabı qoruya bilmədi. Bu, komandanın boşalması ilə bağlı idi?
- Xeyr, əvvəlcədən də “Keşlə”nin standart vəziyyətlərdə təhlükəli olduğunu bilirdik. Bununla bağlı komandaya tapşırıq vermişdim. Ancaq qarşısını ala bilmədik. Bu, “Keşlə”nin üstünlüyüdü. Çalışacağıq ki, gələn oyunlarda bu cür hallar yaşanmasın. (Komanda.az)

Tarix: 9 Mart [20:20]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 İyun 2018
22  İyun 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio