İstanbulda formal oyun, "Barselona" "Çelsi"ni qəbul edir

10:31 - 14 Mart 2018

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.

 

Sportal.az xəbər verir ki, son gündə İngiltərə çempionu “Çelsi” səfərdə İspaniya nəhəngi “Barselona” ilə üz-üzə gələcək.

 

Digər görüşdə isə Türkiyə çempionu “Beşiktaş” səfərdə böyük hesabla uduzduğu Almaniya nəhəngi “Bavariya” ilə qarşılaşacaq.

 

Xatırladaq ki, “Real” (İspaniya), “Yuventus” (İtaliya), “Liverpul” (İngiltərə), “Mançester Siti” (İngiltərə), “Roma” (İtaliya) və “Sevilya” (İspaniya) klubları artıq 1/4 finala vəsiqəni təmin ediblər.

 

UEFA Çempionlar Liqası
1/8 finalın cavab oyunları
14 mart

 

21:00. “Beşiktaş” - “Bavariya” (İlk oyun 0:5)

23:45. “Barselona” - “Çelsi” (İngiltərə) (İlk oyun 1:1)

Xəbər xətti