"Kəpəz" 4 min manat cərimələndi, "Zaqatala"nın futbolçusuna 3 oyunluq cəza

13:13 - 14 Mart 2018

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, iclasda Topaz Premyer Liqasının XIX turunda baş verənlər müzakirə olunub.

 

“Kəpəz” – “Qəbələ” matçı başa çatdıqdan sonra qonaq komanda stadion ərazisini tərk edərkən yerli azarkeşlər tərəfindən klubun avtobusunun şüşəsi sındırılıb. “Qırmızı-qaralar”ın təhlükəsizliyini tam təmin etmədiyinə görə Gəncə klubu 4000 manat cərimə olunub.  “Qəbələ” klubunun dəymiş ziyana uyğun olaraq təqdim edəcəyi hesabı da “Kəpəz” ödəməli olacaq.

 

Əvəzedici heyətlərin XIX turunun “Qarabağ” – “Zirə” matçında “Zirə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 400 manat cərimə olunur.

 

I Divizionun XVII turunun “Zaqatala” – “Xəzər” matçında “Xəzər” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.

 

Oyunun 90+2-ci dəqiqəsində “Zaqatala” klubunun 5 №-li futbolçusu Sahil Zeynalov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 240 manat cərimə olunur.

 

I Divizionun XVII turunun “Şüvəlan” – “Mil-Muğan” matçında “Şüvəlan” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.

 

Oyunun 35-ci dəqiqəsində “Mil-Muğan” klubunun 10 №-li futbolçusu Samir Babayev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 240 manat cərimə olunur.

Xəbər xətti