Araz Abdullayev oynadı, komandası heç-heçə etdi

11:11 - 15 Mart 2018

Kipr Kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Araz Abdullayevin formasını geyindiyi “Anortosis” doğma meydanda Limassol “Apollon”u ilə qarşılaşıb və bu oyundan heç-heçə ilə ayrılıb.

 

Start heyətdə meydana çıxan Abdullayev 41-ci dəqiqədə əvəzlənib.

 

Bu iki komanda arasındakı cavab qarşılaşması aprelin 11-də keçiriləcək.

Xəbər xətti