"Neftçi" Emin Mahmudovun xidmətindən məhrum oldu

17:13 - 15 Mart 2018

"Neftçi" itkiylə üzləşib.

 

Sportal.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Emin Mahmudov Premyer Liqanın 21-ci turunu buraxacaq. Buna səbəb Mahmudovun çempionatın son turunda "Qarabağ"la matçında (0:0) sarı vərəqə alaraq cəzalı durumua düşməsidir. 

 

26 yaşlı yarımmüdafiəçi aprelin ikisində "Səbail"lə keçiriləcək görüşdə "Neftçi"yə kömək etməyəcək.

Xəbər xətti