Millimizin üzvü Çin klubuna transfer oldu

18:08 - 15 Mart 2018

Futzal üzrə Azərbaycan millisinin üzvü Fineo Araujo karyerasını Çində davam etdirəcək.

 

Sportal.az Azərbaycan Futzal Federasiyasının rəsmi “facebook” səhifəsinə istinadən xəbər verir ki, Fineo Çin Super Liqasında çıxış edən “Zhuhai” klubu ilə anlaşıb. Anlaşmanın müddəti mövsümün sonuna qədərdi.

 

Fineo buna qədər karyerasını Yaponiyanın “Agleymina Hamamatsu” klubunda davam etdirib. Futzalçı ötən ilin dekabrında bu komandadan ayrılıb və son üç ayda klubsuz idi.

Xəbər xətti