“Sumqayıt” Avropa Liqasına vəsiqə qazansa, ev oyunlarını harada keçirəcək?

12:32 - 16 Mart 2018

Sumqayıt şəhərini təmsil edən eyni adlı komanda ilk dəfədir ki, avrokubokların bir addımlığındadır.

 

Belə ki, Topaz Premyer Liqasında uğurlu oyunlar sərgiləyən “Sumqayıt” hazırda turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. Komandanın nəticələri uğurlu olsa da,  stadion baxımından problemi var. "Kapital Bank Arena"nın qazonu ideal səviyyədə deyil. Bundan əlavə, tribunaları azarkeşləri tam qəbul etmək üçün hazır sayılmır. "Kapital Bank Arena"da əsaslı təmir işlərinin görülməsi və tribunaların quraşdırılması prosesi mövsüm başa çatdıqdan sonra baş tutacaq.

 

Bəs, “Sumqayıt” Avropa Liqasına vəsiqə qazansa, ev oyunlarını harada keçirəcək.

 

Sportal.az saytı Futbol11.az-a istinadən xəbər verir ki, “Sumqayıt” artıq bunun üçün yol tapıb. Bizdə olan məlumata görə, “Sumqayıt” avrokuboklarda ev oyunlarını “Dalğa Arena”da keçirəcək.

 

Qeyd edək ki, ötən avrokuboklarda “Zirə” və “Kəpəz” “Dalğa Arena”dan ev meydanı kimi istifadə edib.

Xəbər xətti