UEFA-nın reytinqi: "Qarabağ" mövqeyini qorudu

14:21 - 16 Mart 2018

UEFA klubların yeni reytinq siyahısını açıqlayıb.

 

Sportal.az xəbər verir ki, avrokuboklarda keçirilən 1/4 final mərhələsinin oyunlarından sonra siyahıda müəyyən dəyişikliklər olub.

 

Cədvəldə klublarımızdan ən yaxşı göstəriciyə malik olan "Qarabağ"ın mövqeyi dəyişməyib. 20.500 xalı olan "Qarabağ" eyni xala malik BATE (Belarus) və "Yanq Boyz"la (İsveçrə) birgə 73-cü pilləyə şərikdir.

 

Digər klublarımızın mövqeyi dəyişməyib. "Qəbələ" aktivindəki 5.250 xalla "Voyvodina" ilə 191-ci pilləni bölüşür. "Neftçi", "Xəzər Lənkəran", "Keşlə", "Zirə" və "Kəpəz" 3.825 xalla 244-256-cı yerləri bölüşürlər.

 

Qeyd edək ki, son 5 mövsümün nəticələrinə əsasən tərtib edilən siyahıya 153,000 xala malik "Real" başçılıq edir.

Xəbər xətti