Millimizin məşqçisi rəqiblərimizin oyunlarını izləyəcək

17:30 - 16 Mart 2018

Millimizin baş məşqçisi Qurban Qurbanovun köməkçisi  Elçin Rəhmanov UEFA Millətlər Liqasında yığmamızla eyni qrupda mübarizə aparacaq komandaların oyununu izləyəcək.

 

Sportal.az AFFA-nın saytına istinadən xəbər verir ki,  E.Rəhmanov martın 24-də Fransada keçiriləcək Kosovo – Madaqaskar və ertəsi gün isə İspaniyada təşkil olunacaq Farer Adaları – Lixtenşteyn qarşılaşmasına canlı baxacaq.

 

Xatırladaq ki, yığmamız Millətlər Liqasında Kosovo, Farer adaları və Malta ilə eyni qrupda mübarizə aparacaq.

Xəbər xətti