"Mançester Yunayted"də yeni müqavilə

19:19 - 16 Mart 2018

İngiltərənin "Mançester Yunyated" klubunda yeni müqavilə qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar" müdafiəçisi Markos Roxo ilə yeni müqavilə imzalayıb. Argentina millisinin üzvü 2021-ci ilin yayına qədər komandanın şərəfini qoruyacaq.

 

Qeyd edək ki, 27 yaşlı futbolçu 2014-cü ildə "Sportinq"dən 20 milyon avro qarşılığında Mançester təmsilçisinə transfer olmuşdu.

Xəbər xətti