Araz Abdullayev 1 dəqiqə oynadı, komandası səfərdə qələbə qazandı

00:53 - 18 Mart 2018

Kipr çempionatında 29-cu turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, millimizin üzvü Araz Abdullayevin çıxış etdiyi “Anortosis” səfərdə AEL-lə qarşılaşıb və 2:0 hesabıyla qələbə qazanıb.

 

Matça ehtiyat oyunçular skamyasına başlayan Abdullayev 89-cu dəqiqədə Mixal Durişin əvəzinə meydana daxil olub.

 

Hazırda 60 xalla üçüncü pillədə qərarlaşan "Anortosis" şərikli liderlər - “Apollon” və APOEL-dən 7 xal geri qalır.

Xəbər xətti