Millimiz Rusiya ilə qarşılaşacaq

13:16 - 19 Mart 2018

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Bakıda təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində  iki yoldaşlıq oyunu keçirəcək.

 

Sportal.az xəbər verir ki, millimiz Rusiyanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq.

 

İlk oyun martın 22-də, ikinci görüş isə 25-də keçiriləcək. “Dalğa Arena”dakı hər iki qarşılaşma saat 17:00-da başlayacaq.

Xəbər xətti