Millimizin Kosovo ilə keçirəcəyi matçın təyinatları açıqlandı

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin Avropa çempionatının seçmə mərhələsində Kosovaya qarşı keçirəcəyi oyunun hakimləri məlum olub.

 

Sportal.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu millimizin görüşü Şotlandiyadan olan hakimlər briqadasına həvalə olunub.

 

Matçın baş hakimi Donald Robertson, köməkçi referilər isə Cordan Stokoe və Şon Karr olacaq. Dördüncü hakim kimi Nikolas Uolş fəaliyyət göstərəcək.

 

Kosovo ilə qarşılaşma martın 22-də, Mitrovitsa şəhərindəki Adem Yaşari olimpiya stadionunda keçiriləcək.

Tarix: 19 Mart [15:36]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Sentyabr 2018
19  Sentyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio