Türkiyə millisinin yeni formaları təqdim olundu FOTOLAR

11:30 - 21 Mart 2018

Türkiyə millisinin yeni formaları təqdim olunub.

 

Sportal.az xəbər verir ki, “Nike” şirkəti tərəfindən hazırlanan “ay-ulduzlular”ın əsas forması qırmızı, səfər forması isə ağ rəngdədi. Bu formalardan AÇ-2020-nin seçmə mərhələsi və Millətlər Liqasının matçlarında istifadə ediləcək.

 

Türkiyə millisi yeni geyimdə ilk oyununu martın 23-də, Antalyada İrlandiya millisinə qarşı keçirəcək.

 

Xəbər xətti