"Real"ın sabiq baş məşqçisi Çin klubunda

12:12 - 21 Mart 2018

Məşhur almaniyalı mütəxəssis Bernd Şusterin yeni iş yeri müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, 58 yaşlı mütəxəssis Çinə üz tutub. O, “Dalian Yifanq” klubunun baş məşqçisi təyin edilib.

 

“Dalian Yifanq” Madrid “Atletiko”sundan Yannik Karrasko, Nikolas Qaytan, "Sauthempton"dan Joze Fonte kimi futbolçuları transfer edib.

 

Şuster Madrid “Real”ı, “Köln”, “Şaxtyor”, “Beşiktaş” və son olaraq 2013/14 mövsümündə İspaniyanın “Malaqa” klubunun baş məşqçisi olub.

Xəbər xətti