Çexiyada ötən ilin ən yaxşı futbolçusu məlum oldu

13:50 - 21 Mart 2018

Çexiyada 2017-ci ilin ən yaxşı futbolçusu məlum olub.

 

Sportal.az xəbər verir ki, Almaniyanın “Herta” klubunun yarımmüdafiəçisi Vladimir Darida ən yaxşı adına layiq görülüb.

 

Darida ən yaxşı futbolçu seçimində 9 dəfə ölkədə ilin ən yaxşısı seçilmiş “Arsenal”ın qolkiperi Petr Çexi 109 bal qabaqlayıb.

 

Çexiyada ilin məşqçisi adını isə "Viktoriya"nı Avropa Liqasının 1/8 finalına qədər daşıyan Pavel Vrba qazanıb.

Xəbər xətti