"Barselona"nın futbolçusu "Liverpul"un hədəfində

"Liverpul" mövsümü sonunda komanda ilə müqaviləsi başa çatan və ayrılmaq qərarı verən Əmrə Cana alternativ axtarmaqda davam edir.

 

Sportal.az xəbər verir ki, "qırmızılar" "Barselona"da xoşbəxt olmadığını açıqlayan Andre Qomeşə göz dikib. Komandaya adaptasiya olmaqda problem yaşayan portuqaliyalı yarımmüdafiəçi "Liverpul"un transfer radarına düşüb. İspaniya mətbuatında yer alan xəbərə görə, Qomeşin karyerasını "Liverpul"da davam etdirməyə isti yanaşır.

 

Qeyd edək ki, Portuqaliya millisinin üzvü olan 24 yaşlı futbolçu 2016-cı ildən "Barselona"da çıxış edir.

Tarix: 25 Mart [16:54]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
27 Aprel 2018
26  Aprel 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio