Ziya Əzizovun yoxluğunda komandası məğlub oldu

00:56 - 26 Mart 2018

Hollandiya I Divizionunda 31-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Ziya Əzizovun formasını geyindiyi “Den Boş” səfərdə “Volendam”la qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.

 

U-21 yığmamızın düşərgəsində olan Əzizov bu görüşün iştirakçısı olmayıb.

 

"Den Boş" hazırda 41 xalla 20 klub arasında 10-cu pillədə qərarlaşıb.

Xəbər xətti