Renat Dadaşov "Dinamo"nun düşərgəsində

11:53 - 27 Mart 2018

Azərbaycan milli komandasının üzvü Renat Dadaşov "Ayntraxt"dan ayrılıb. İntizamsız davranışlarına görə komandadan uzaqlaşdırılan futbolçuya azad agent statusu veriləcək.

 

Sportal.az xəbər verir ki, 18 yaşlı hücumçu hazırda qardaşı Rüfət Dadaşovun formasını geyindiyi Berlin "Dinamo”sunun düşərgəsindədi. O, formasını qorumaq üçün Regional Liqanın Şimal-Şərq zonasında mübarizə aparan paytaxt təmsilçisinin məşqlərinə qatılır. 

 

Renatın yaxın vaxtlarda yerli klublardan biri ilə müqavilə imzalayacağı gözlənilir. 

 

Qeyd edək ki, millimizin futbolçusu komanda yoldaşını döydüyü, baş məşqçini isə təhqir etdiyi üçün "Ayntraxt"dan kənarlaşdırılıb. 

Xəbər xətti