"Samsunspor" Ufuk Budakla yeni müqavilə bağlaya bilər

17:20 - 27 Mart 2018

Türkiyə I Liqasında çıxış edən "Samsunspor" millimizin futbolçusu Ufuk Budakla yeni müqavilə bağlaya bilər.

 

Sportal.az xəbər verir ki, bu barədə klubun idman direktoru Coşkun Zeren məlumat verib. Klub rəsmisinin sözlərinə görə, "Samsunspor" I Liqada qalacağı təqdirdə, Ufuk Budakla yanaşı, Muhammed Beşir, Gökay İravul, Ahmet Burak, Göksu Türkdoğan və Kenan Karışıkınla yeni müqavilə imzalamaq üçün danışıqlara başlayacaqlar.

 

Türkiyə mətbuatında yer alan xəbərə görə, mövsümün sonunda "Samsunspor"dan ayrılmaq istəyən bu futbolçular klubun Qəyyumlar Şurası tərəfindən idarə olunmasından sonra fikirlərini dəyişərək komandada qalmaq istəyiblər.

 

Xatırladaq ki, "Samsunspor" hazırda çempionatda 33 xalla 14-cü pillədə qərarlaşıb.

Xəbər xətti