"Sumqayıt" "Qəbələ" ilə oyuna hazırlaşır VİDEO

2 günlük istirahəti başa vuran “Sumqayıt” məşqləri bərpa edib.

 

Sportal.az xəbər verir ki, komanda ötən gün saat 16:00-da doğma arenada Samir Abasovun rəhbərliyi altında məşqə çıxıb.

 

Cavid İmamverdiyev, Amil Yunanov, Rəşad Eyyubov və Tural Axundov əsas, Ülvü İsgəndərov, Bəhlul Mustafazadə və Ehtiram Şahverdiyev isə U-21 millinin toplanışında olduğundan məşqdə iştirak etməyiblər. Əvəzedici heyətdən isə bir neçə futbolçu hazırlıq prosesinə cəlb olunub. 1,5 saat davam edən məşqdə əsasən toplu çalışmalara üstünlük verilib.

 

Qeyd edək ki, "Qəbələ" - “Sumqayıt” qarşılaşması 2 aprel tarixində Qəbələ Şəhər stadionunda keçiriləcək.

 

 

 

Tarix: 28 Mart [10:49]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Oktyabr 2018
19  Oktyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio