"Qəbələ"nin sabiq futbolçusu Qazaxıstan klubunda

17:36 - 28 Mart 2018

"Qəbələ"nin sabiq futbolçusu Daniel Subotiçin yeni klubu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, isveçrəli hücumçu karyerasını Qazaxıstanda davam etdirəcək. 29 yaşlı forvard "Şaxtyor”la müqavilə bağlayıb. Onun Karaqanda təmsilçisi ilə müqaviləsinin detalları barədə məlumat verilməyib.

 

Qeyd edək ki, Daniel Subotiç “Qəbələ”də 2013-2014 mövsümündə 29 oyuna 12 qol vurub. Subotiç ötən mövsümün ikinci yarısını da "qırmızı-qaralar"ın heyətində keçirib və 11 matçda 3 dəfə fərqlənib.

Xəbər xətti