Budaq Nəsirova şans verilmədi

00:50 - 1 Aprel 2018

Portuqaliya Sequndasında 31-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, U-21 millimizin üzvü Budaq Nəsirovun şərəfini qoruduğu “Sportinq”in B komandası doğma meydanda “Nasional”la qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 2:3.

 

Nəsirovun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

 

"Sportinq" hazırda 32 xalla 20 klub arasında 18-ci pillədə qərarlaşıb.

Xəbər xətti