Cengiz Ünder "Barselona"ya qarşı oynamayacaq

16:30 - 2 Aprel 2018

Çempionlar Liqasının 1/4 final mərhələsində "Barselona" ilə qarşılaşacaq "Roma" əsas heyət üzvlərindən olan Çengiz Ünderin xidmətindən yararlana bilməyəcək.

 

Sportal.az xəbər verir ki, buna səbəb Türkiyə millisinin üzvünün zədəli olmasıdı. Bu səbəbdən 21 yaşlı yarımmüdafiəçinin adı Kataloniya təmsilçisi ilə matçın heyətinə daxil edilməyib.

 

Zədələrini sağaldan Radja Nainqqolan və Lorenso Pelleqrini isə "Barselona" ilə oyunda paytaxt təmsilçisinə kömək edəcək.

 

Qeyd edək ki, "Barselona" - "Roma" qarşılaşması 4 aprel tarixində Bakı vaxtı ilə saat 22:45-də baş tutacaq.

Xəbər xətti