Azərbaycan klubu ÇL-də 3-cü məğlubiyyətini aldı

00:05 - 4 Aprel 2018

Asiya Çempionlar Liqasında qrup mərhələsinin 5-ci turunun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor Sazi” səfərdə Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Əhli” ilə üz-üzə gəlib və bu görüşdən məğlubiyyətlə ayrılıblar - 0:2.

 

Xatırladaq ki, “Traktor Sazi” bu rəqibə qarşı ilk turda doğma meydanda keçirdiyi oyunda da 0:1 hesabıyla uduzmuşdu. Ərtoğrul Sağlamın komandası klubu keçirdiyi beş oyundan cəmi ikisində heç-heçə edib, qalan üç matçda isə məğlubiyyətlə üzləşib.

 

A qrupunda yer alan “Traktor Sazi” hazırda 2 xalla sonuncudu. Təbriz təmsilçisi son matçını aprelin 17-də doğma meydanda Qətərin “Əl-Qarafa” klubuna qarşı keçirəcək.

Xəbər xətti