"Qalatasaray"ın hədəfində olan futbolçuya Almaniya klubu "elçi düşdü"

12:37 - 5 Aprel 2018

"Qalatasaray"ın transfer hədəfində olduğu iddia edilən fransalı yarımmüdafiəçi Adrien Tomassonun elçiləri artır.

 

Sportal.az xəbər verir ki, mövsümün sonunda "Nant"la müqavilə başa çatacaq futbolçuya Almaniyanın "Maynts" klubu da maraq göstərir. Fransa mətbuatında yer alan xəbərə görə, Bundesliqa klubu futbolçunun agenti ilə danışıqlara başlayıb.

 

24 yaşlı Xorvatiya əsilli fransalı futbolçu bu mövsüm 32 oyuna 5 qol, 4 assistlik performans göstərib.

Xəbər xətti