Rusiyalı baş məşqçi: "Azərbaycan klubuna keçidim gündəmdə deyil"

13:55 - 5 Aprel 2018

Rusiyanın "Amkar" klubunun baş məşqçisi Rüstəm Xuzin açıqlama verib.

 

Sportal.az xəbər verir ki, ölkəsinin mətbuatına danışan 46 yaşlı çalışdırıcı Azərbaycandan təklif aldığını açıqlayıb:

 

"Azərbaycanın yüksək liqasında çıxış edən komandaların birindən təklif almışdım. Ancaq danışıqlar uğurlu alınmadı. Bu mövzu artıq bağlanıb. Keçidim gündəmdə deyil. Qazaxıstandan və Ermənistandan da təkliflər var idi. Qazaxıstanda hazırda bolqarıstanlı məşqçilər üstünlük təşkil edir. Daha çox onlara üstünlük verilir. Əvvəllər keçmiş SSRİ ölkələrində çoxlu rusiyalı mütəxəssislər çalışırdı. İndisə demək olar ki, belə məşqçi yoxdur. Ölkədən kənarda işləmək çətinləşib".

 

Qeyd edək ki, Rüstəm Xuzinin son iş yeri Rusiyanın aşağı liqasında çıxış edən "Lada-Tolyatti" klubu olub.

Xəbər xətti