Cengiz Ündərin geri dönəcəyi tarix açıqlandı

13:39 - 6 Aprel 2018

Zədə səbəbindən son iki matçda "Roma"ya kömək etməyən Cengiz Ündərin geri dönəcəyi tarix bəlli olub.

 

Sportal.az xəbər verir ki, 20 yaşlı vinger "Latsio" ilə matçda yaşıl meydanlara geri dönəcək. Həmin görüş aprelin 15-də baş tutacaq. Gənc ulduz Seriyada A-da "Fiorentina" və ÇL-də "Barselona" ilə görüşləri buraxmalı olacaq.

 

Qeyd edək ki, Türkiyə millisinin üzvü bu mövsüm 24 oyuna (1152 dəqiqə) 6 qol və 1 assistlik performans sərgiləyib.

Xəbər xətti