Qurban Qurbanov: "Futbolçular hər şeyi düzgün etdilər" MÜSAHİBƏ

19:51 - 7 Aprel 2018

“Vacib 3 xal qazandıq. Futbolçular hər şeyi düzgün etdilər”.

 

Sportal.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

Ağdam klubu Topaz Premyer Liqasının XXII turunda öz meydanında “Səbail”i qəbul edib. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən mütəxəssis fikirlərini bildirib: “Səbail” çətin rəqib olduğunu bu gün də göstərdi. Futbolçularıma yaxşı oyuna görə təşəkkür edirəm”.

 

- Avrokuboklara vəsiqəni rəsmiləşdirdiniz.  Komandanın bu tempinin qitəmiqyaslı yarışlar üçün aşağı olduğunu düşünmürsünüz?

- Mütləq fərq var. Avrokuboklarda sürət, mübarizə daha çoxdu. Son vaxtlar sürətli, mübarizəli oyunlarımız olub. Bu gün ilk hissədə dinamika yaxşı idi, ümumi mübarizədən razı qaldım. İkinci hissə isə fərqli keçdi. Avrokuboklara hazır olmaq üçün sürət daha çox olmalıdı.

Xəbər xətti